Cəmiyyət

Zaur Əliyev: “Bəzən vətəndaşın icbari sığortadan yararlanmasına süni maneə yaradılır”

Sharing is caring!


“Bəzən hər hansı tibb işçisi tərəfindən vətəndaşın icbari tibbi sığortadan yararlanmasına süni maneə yaradılır”.

Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirir ki, bu cür neqativ hallar olur:

“Bu kimi hallarda həmin tibb işçiləri barədə tənbeh tədbirləri görülür. Digər məsələ həkim çatışmazlığı ilə bağlıdır. Bu, xüsusilə regionlarda yaşanır. Bu istiqamətdə də aidiyyəti üzrə çıxış yolları, mərhələli tədbirlər görülür.

Son dövrlərdə xəstəxanalara müraciət də artıb. Sıxlıq müşahidə edilir. Bu sıxlıqlar zamanı vətəndaş uzun müddət növbədə gözləməklə bağlı narazılıq edir. Bu halları aradan qaldırmaq üçün randevu sistemi tətbiq edilir. Bu sistem özünü doğruldarsa, ölkə üzrə tətbiq ediləcək.

Düşünürük ki, bu da sıxlığın aradan qaldırılmasına töhfə verəcək. 18 dekabr tarixində pilot layihə kimi randevu sistemi Abşeron Rayon Mərkəzi Xəstəxanasında başlayacaq. Pilot layihə 2-3 ay davam edəcək və uğurlu nəticə olarsa, qısa zamanda Bakı şəhərindəki tibb müəssisələri, daha sonra Sumqayıt, Gəncə və s. şəhərlərdə dövlət tibb müəssisələri bu randevu sisteminə keçəcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir