Cəmiyyət

İnsanları dənizə həsrət qoyan “Böyük Buzovna səddi” söküldü – VİDEO

Sharing is caring!

Ötən həftə Bakının Xəzər rayonunun Buzovna kəndi çimərliyində insanların çimərliklərə çıxışına mane olan hasarların, baryerlərin və şlaqbaumların sökülməsi işlərinə başlanılıb və görülən işlər çərçivəsində ərazidəki ən hündür hasar olan milyonlarla dollarlıq villanın hündür beton hasarı sökülüb.

Yerli sakinlərin Caliber.az-a verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküntü işləri davam edir və iş tempi daha da sürətləndirilir.

Sahilin hasarların əsarətindən azad edilmiş ərazisi ictimai çimərliklərə birləşdiriləcək. Yerli sakinlər həmin əraziyə baş çəkib və orada simvolik piknik ediblər.

Həmin görüntüləri təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir