Cəmiyyət

Abşeronda içərisində avtomobillər olan emalatxana yandı

Sharing is caring!

Abşeronda içərisində avtomobillər olan emalatxana yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Digah qəsəbəsində səkkiz boksdan ibarət, ümumi sahəsi 256 m² olan (hər birinin sahəsi 32 m²) avtomobil təmiri sexinin üç boksunun dam örtüyü və içərisində avadanlıqlar 96 m² sahədə, iki boksunun içərisində təmirə dayanan iki ədəd VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yüksək temperaturdan iki boksun lambirdən ibarət tavanı 60 m² sahədə əriyib. Sexin qalan hissəsi və içərisində olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir