Siyasət

Ceyhun Bayramov: “Azərbaycan Şimal-Cənub dəhlizinin genişləndirilməsinə hazırdır”

Sharing is caring!

“Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin ötürücülük qabiliyyətini artırmağa və Rəşt-Astara dəmir yolunun tikintisinə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Regionda sülhün bərqərar olmasından danışan XİN rəhbəri Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmağa səy göstərdiyini söyləyib.

“Biz Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqəsinin və beynəlxalq əlaqənin bərpasına hazır olduğumuzu bəyan etmişik və iki ölkə arasında sərhədin delimitasiya haqqında təklif irəli sürmüşük”, – Ceyhun Bayramov bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir