Dünya

Heratda “Taliban” avtomobilinə hücum olub, 16 nəfər yaralanıb

Sharing is caring!

Əfqanıstanın Herat şəhərində naməlum şəxslər “Taliban” hərəkatının “Al-Faruk” 207-ci korpusunun silahlılarının olduğu avtomobilə qumbaraatanlardan atəş açıblar. Nəticədə 16 nəfər yaralanıb.

Bu barədə “Aamaj News” yerli mənbələrə istinadən məlumat yayıb.

Hücum bazar ertəsi səhər şəhərin mərkəzində baş verib.

“Taliban” təhlükəsizlik rəsmiləri üç hücumçunun avtomobilə qumbara atdığını, daha sonra atışmanın başladığını deyiblər”, – agentliyin məlumatında bildirilib.

“Taliban”ın yerli təhlükəsizlik sözçüsü Şah Rəsuli “Aamaj News”a bildirib ki, hücum edənlərdən ikisi qaçıb, üçüncüsü isə “Taliban” qüvvələri tərəfindən öldürülüb.

Şahidlər gərgin atışmanın təxminən yarım saat davam etdiyini və dinc əhali arasında da itkilərin olduğunu bildiriblər.

Əfqanıstanda fəaliyyət göstərən heç bir silahlı qruplaşma hələlik hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir