Dünya

Zmeyinıda Ukrayna bayrağı qaldırıldı: Ada rəsmən Ukraynanın yurisdiksiyasına qaytarıldı

Sharing is caring!

Zmeyinı adası rəsmən Ukraynanın yurisdiksiyasına qaytarıldı.

Bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib.

“Zmeyinı adasında Ukrayna bayrağı qaldırılıb. Hərbi əməliyyat başa çatıb və hazırda ərazi Ukraynanın yurisdiksiyasına qaytarılıb”, – deyə o qeyd edib.

UNİAN-ın xəbər verdiyi kimi, 2022-ci ilin fevralında genişmiqyaslı işğalın ilk günlərində rusiyalı hərbçilər Ukraynanın Qara dənizdəki Zmeyinı adasını ələ keçirmişdilər.

İyunun 30-da isə Rusiya öz qoşunlarının Zmeyinı adasından çıxarılmasını təsdiqləyib.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir