Dünya

Mövlud Çavuşoğlu ABŞ dövlət katibi ilə Cənubi Qafqazda vəziyyəti müzakirə edib

Sharing is caring!

Ankarada görüşən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Antoni Blinken jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransına qatılıblar.

Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bəyan edib ki, ABŞ dövlət katibi ilə görüşdə Cənubi Qafqazdakı situasiya da müzakirə olunub.

Türkiyəli diplomat vurğulayıb ki, Antoni Blinkenin Azərbaycan və Ermənistan rəsmiləri ilə təmasları olub:

“Məqsədimiz Cənubi Qafqazda davamlı sülhün və stabilliyin əldə olunmasıdır. Biz bu istiqamətdə birgə səylər göstərməyə davam edəcəyik”.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir