İqtisadiyyat

Mərkəzi Bank: Nağd pulla bağlı qaydalara dəyişiklik ediləcək

Sharing is caring!

“Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”na dəyişikliklər edilməsi nəzərdə tutulub”.

APA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının nağd pulun idarə edilməsi şöbəsinin rəisi Anar Dadaşov deyib. O bildirib ki, əsas məqsəd kommersiya banklarında biznes proseslərinin baş verən dəyişikləri əhatə etməkdir.

Anar Daşadoş əlavə edib ki, beynəlxalq təcrübəyə əsasən nağd pula tələbat qalmaqdadır:

“Azərbaycan Mərkəzi Bankının əsas vəzifəsi vətəndaşların bütün ödəniş vasitələrinə çıxışının təmin edilməlisidir”.

Bildirilib ki, əsas dəyişikliklərdən biri nağd pulla bağlı avadanlıqlara tələbin müəyyən edilməsidir. Artıq Mərkəzi Bank bununla bağlı banklarla iş aparır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir