Cəmiyyət

Bakıda məşhur şadlıq evinin hasarı SÖKÜLDÜ – FOTO/VİDEO

Sharing is caring!

Bakıda məşhur şadlıq evinin hasarı sökülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakının Nizami rayonu, M.Abbasov küçəsi, 24 ünvanında yerləşən “Madonna” şadlıq sarayının bilavasitə ərazisində yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin hasara alınması barədə Dövlət Yanğın Nəzarəti Xidmətinə (Xidmət) məlumat daxil olub.

Məlumatla əlaqədar xidmətin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı həqiqətən də göstərilən ünvanda yerləşən yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin “Madonna” şadlıq sarayı tərəfindən hasarlanaraq sarayın həyətinə daxil edilməsi, bununla da yanğın təhlükəsizliyi sahəsində ciddi qayda pozuntusunun mövcudluğu öz təsdiqini tapıb.

Qeyd olunanları nəzərə alaraq, xidmət tərəfindən dərhal aidiyyəti üzrə məsələ qaldırılaraq hasarın sökülüb təhlükənin aradan qaldırılması təmin olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir