Cəmiyyət

Bakıda ikimərtəbəli binada yanğın olub – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!

Bakıda ikimərtəbəli binada yanğın olub.

“Report” xəbər verir ki, yanğın Xətai rayonu, İ.Orucova küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə qeydə alınıb.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 4 avtomobil və 30 nəfərlik şəxsi heyəti çağırış üzrə cəlb olunub.

Yanan sahə 50 kvadrat taxta konstruksiyalı evi əhatə edir.

Hazırda yanğın söndürülüb, soyutma işləri aparılır.

22:21

Bakı şəhəri, Xətai rayonu, İ.Orucov küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

21:55

Paytaxtda fərdi yaşayış evində yanğın olub.

Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 

İlkin məlumata görə, hadisəyə səbəb elektrik xəttlərindəki nasazlıqdır.

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Ona ilkin tibbi yardım göstərilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir