Cəmiyyət

Ucarda yol qəzası zamanı velosipedçi ölüb – FOTO

Sharing is caring!

Ucarda avtomobil velosipedçini vuraraq öldürüb.

APA  xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar rayonunun Məlikballı kəndi yolunda baş verib.

Rayon sakini, 64 yaşlı Çingiz Həmzə oğlu Niftəliyev idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Məlikballı kənd sakini, 2004-cü il təvəllüdlü Nuru Qüdrət oğlu Əhmədovu vurub.

Ağır xəsarət alan N. Əhmədov hadisə yerində ölüb.

Məlumata görə, ölən velosipedçi 18 yaşını tamam edib həqiqi hərbi xidmətə gedəcəkmiş.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir