Cəmiyyət

Xaçmazda faciəli olay: Yeddi aylıq körpə öldü

Sharing is caring!

Xaçmaz rayonu ərazisində yeddi aylıq uşaq çarpayıdan yıxılması nəticəsində ölüb.

“Report”un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Susayqışlaq kəndi ərazisində baş verib.

Belə ki, 2021-ci il təvəllüdlü Mehdiyev Məlik Aqşin oğlu çarpayıdan yıxılıb və aldığı xəsarətdən ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir