Dünya

Xarkovda binanın dağıntıları altında qalan kişinin xilasedilmə anı – FOTO/VİDEO

Sharing is caring!

Xarkovda Rusiya ordusunun hücumu nəticəsində çökmüş evin dağıntıları altından 52 yaşlı kişi xilas edilib.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Məlumata görə, rusiyalı hərbçilərin atəşi nəticəsində fərdi evdə yanğın başlayıb və binanı bir hissəsi uçub. Nəticədə 52 yaşlı kişi dağıntılar altında qalıb, 70 yaşlı qadın isə yaralanıb.

Dövlət Fövqəladə Hallar Xidmətinin 3 yanğınsöndürən və xilasetmə qüvvəsi 2 saata yaxın yanğınla mübarizə aparıb.

Mənbə: Xarkov Life

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir