Cəmiyyət

Selçuk Bayraktar: “Mənə görə yox, soyqırımı edənlərə görə utanın” – VİDEO

Sharing is caring!

Baku TV-də yayımlanan “Gülnar Muradovanın araşdırması”nın budəfəki buraxılışı “Bayraktar” pilotsuz uçuş aparatları haqqında olub.

Araşdırmada “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın sözügedən PUA-ların istehsalına qədər keçdiyi yoldan, “Bayraktar”ların İkinci Qarabağ müharibəsində, eləcə də hazırda davam edən Ukrayna-Rusiya müharibəsindəki rolundan bəhs olunub.

Qeyd edilib ki, Azərbaycanın pilotsuz uçuş aparatlarının erməni mövqelərini darmadağın etməsi görüntüləri 44 günlük hərbi əməliyyatların simvoluna çevrildi. Bu görüntüləri izləyib texnoloji inkişafın hərbi gedişlərə də sirayət etməsindən təəccüblənirdik. Məhz bu səbəbdən hərbi ekspertlər 21-ci əsr savaşlarından bəhs edərkən İkinci Qarabağ müharibəsini diqqətdə saxlayırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir