Cəmiyyət

Cahid Bağçı Hafiz Paşayevlə yeni birgə layihələrlə bağlı razılığa gəlib – FOTO

Sharing is caring!

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ADA Universitetinin rektoru, professor Hafiz Paşayevlə yeni birgə layihələrlə bağlı razılığa gəlib.

Oxu.Az-ın məlumatına görə, bu barədə diplomat özünün “Twitter” hesabında bildirib.

O, əvvəlcə ADA Universitetinin 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinə ev sahibliyi etməsinə görə ali təhsil müəssisəsinin rektoru Hafiz Paşayevə təşəkkürünü bildirib.

“Şuşa meydanında Pənah Xan sarayının qarşısında Xan qızı Natəvanın hüzurunda yeni birgə layihələrlə bağlı razılığa gəldik”, – deyə Bağçı vurğulayıb.

Xatırladaq ki, iyunun 2-də Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə ADA Universitetində 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz fəaliyyətinə başlayıb. Konqres bu gün Şuşada keçiriləcək bağlanış mərasimi ilə yekunlaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir