Cəmiyyət

Moped və avtomobil sürücülərinin mübahisələri ARTIR: Kimdir günahkar? – VİDEO

Sharing is caring!

Son vaxtlar moped və avtomobil sürücüləri arasında yaşanan gərginliklərlə bağlı görüntülər tez-tez qarşımıza çıxır.

Sosial şəbəkələrdə yayılan son video da birmənalı qarşılanmadı və müzakirə mövzusuna çevrildi.

Qaydanı pozan avtomobil sürücüsü mopedi idarə edənlə mübahisədən sonra ona hücum edib. Bu azmış kimi, avtomobildəki sərnişinlər də moped sürücüsünün üzərinə şığıyıblar.

Sürücülər isə bildirirlər ki, qayda pozulması halına həm avtomobil, həm də moped sürücülərində rast gəlinir. Bəzən isə bu mübahisə əlbəyaxa davaya qədər gedib çıxır.

Ekspertlər isə deyir ki, mopedlər yolda digər nəqliyyat vasitələri ilə eyni hüquqa malikdir.

Qeyd edək ki, bundan əvvəl də sosial şəbəkələrdə avtomobil və moped sürücüləri arasında yaşanan insidentin görüntüləri yayılıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir