Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Novxanı kəndində “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda “Dəyirmi masa” keçirilib. Tədbirdə Abşeron RİH başçısının humanitar məsələlər üzrə müavini, Gənclər və İdman İdarəsinin rəisi, Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini, kənd ərazisində fəaliyyət göstərən məktəb və bağça müdirləri, polis əməkdaşları, həkimlər, qazilər, din xadimləri, RIH-in əməkdaşları iştirak ediblər.Bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya ilə bağlı gənclər arasında profilaktik və maarifləndirmə məqsədilə təşkil olunan görüşdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova mövcud durum, mübarizə yolları, təhsil və səhiyyə ocaqlarında aparılan maarifləndirmə tədbirlərinin gücləndiriliməsi və digər məsələlər barədə söz açıb.Qeyd edilib ki, şagirdlər məktəbdə olan müddətdə müəllimlərlə yanaşı sinif rəhbərləri, psixoloqlar və məktəblərdə fəaliyyət göstərən həkimlər də daim onlarla münasibətdə olmalı, yeniyetmələrin davranışlarını, psixi durumlarını nəzarətdə saxlamalı və valideynlərlə də sıx əlaqə qurulmalıdır.Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimov, Rayon Mərkəzi Xəstəxanasının inzibati məsələlər üzrə direktor müavini Fuad Məmmədov , qazi Vidadi Ağayev, din xadimi Rasim Xudaverdiyev və digər çıxış edənlər narkomaniyanının doğurduğu fəsadlar, insan orqanizminə zərərləri və ona qarşı aparılan mübarizədən danışaraq bu təhlükəli bəlaya qarşı həyata keçirilən səylərin birləşdirilməsinin, birgə mübarizə tədbirlərinin sayının artırılmasının əhəmiyyətini vurğulayıblar.“Dəyirmi masa”da narkomaniyanın ağır fəsadlarını əks etdirən plakatların hazırlanması, videoçarxların məktəblərdə nümayiş etdirilməsi, təhsil və səhiyyə ocaqlarında maarifləndirici görüşlərin daimi olaraq keçirilməsinin vacibliyi bildirilib. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri cərcivəsində gənclərin zərərli vərdişlərdən, xoşagəlməz hallardan uzaq tutmağın ən yaxşı üsullarından birinin gənclərin asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda kütləvi şəkildə bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinə cəlb edilməsi olduğu vurğulanıb, mütəmadi bədən tərbiyəsi və idman yarışlarının keçiriləcəyi diqqətə catdırılıb.
Oxşar Xəbərlər
Boris Consonun hamilə nişanlısı özünütəcriddədir – COVID-19-un simptomları aşkar edildi
Britaniyanın Baş naziri Boris Consonun hamilə nişanlısı Kerri Saymonds özündə koronavirusun əlamətlərini aşkar edib. Bu barədə o, özünün “Twitter” hesabında yazıb. “Mən ötən həftəni koronavirusun əsas simptomları ilə yataqda keçirdim. Test etməyə ehtiyac yoxdur. Yeddi gün istirahət etdikdən sonra özümü daha yaxşı hiss edirəm və artıq sağalmağa doğru gedirəm”, – deyə Saymonds yazıb.
ÜST: “Bayram günü koronavirusun yeni variantına yoluxmalara görə minlərlə adam ölüb”
Dekabr ayında bütün dünyada bayram münasibətilə keçirilən yığıncaqlarda koronovirusun “JN.1” variantına yoluxma səbəbindən minlərlə adam həyatını itirib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus bildirib. Onun sözlərinə görə, dekabrda təxminən 50 ölkədə – əsasən Avropada, həmçinin Şimali və Cənubi Amerikada 10 minə yaxın ölüm qeydə alınıb, xəstəxanaya yerləşdirilənlərin sayı isə 42% artıb. O, […]
Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb
“Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb. Bu barədə “Report”a onun vəkili Bəhruz Bayramov məlumat verib. Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Qeyd edək ki, o, noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş […]