Dünya

Parisdə “Şuşam mənim” səsləndiriləcək: Azərbaycanın Müstəqillik Günü Fransada da qeyd olunur – FOTO

Sharing is caring!

Mayın 24-də Paris şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Fransadakı səfirliyinin dəstəyi və Azərbaycanın Fransadakı Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq tədbirdə yerli ictimai-siyasi xadimlərin, diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələrinin iştirak etməsi gözlənilir. 

Konsertdə Azərbaycanın xalq artisti Fidan Hacıyeva və tanınmış pianoçu-bəstəkar Könül Hüseynova çıxış edəcəklər. Konsert proqramına Azərbaycan və Avropa bəstəkarlarının əsərləri daxildir. 

Tədbirdə Könül Hüseynovanın “Şuşa ili” çərçivəsində bəstələdiyi “Şuşam mənim” əsəri də səslənəcək. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir