Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn “Vətən uğrunda” , “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Quliyev Teymur Zamin oğlunun və “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Məmmədov İlkin Abdulla oğlunun adlarının əbədiləşdirmək məqsədi ilə Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilən Abidə Bulaq Kompleksi istifadəyə verilib. Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və qəsəbə ictimaiyyəti iştirak edib. İştirakçılar vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini yad edib, ruhlarına dualar oxuyublar.Mərasimdə 44 günlük Vətən Müharibəsində xalqımızın qazandığı qələbədən, igid oğullarımızın göstərdiyi şücaətlərdən danışılaraq vətən həsrətinə son qoyulduğu, tezliklə dədə-baba yurdlarımıza dönəcəyimiz bildirilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin aparıldığı, şəhidlərin adlarının əbədiləşdirmək məqsədi ilə Abşeron rayonu ərazisində bir sıra tədbirlərin görüldüyü, o cümlədən böyük layihələrin hazırlandığı, igidlərimizin adlarının küçələrə verildiyi və həmin küçələrin abadlaşdırılması istiqamətində tədbirlərin həyata keçirildiyi vurğulanıb.Bildirilib ki, şəhid ailələri və qazilər həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss edirlər. Abşeron rayonunda yaşayan şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı bundan sonra da daimi olaraq davam etdiriləcək.Mərasimində çıxış edən şəhid ailələri onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini önə çəkərək buna görə, cənab Prezident İlham Əliyevə və hər zaman onlara dayaq olan Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, qazilər, qəsəbə ağsaqqları və digər çıxışçılar qeyd ediblər ki, respublikamızda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər görülür.Çıxışlardan sonra məktəblilər şəhidlərə, qələbəyə və vətənpərvərliyə həsr olunan şeirlər səsləndiriblər.Daha sonra şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi verilib.
Oxşar Xəbərlər
Azərbaycan mədəniyyətinin Üzeyir zirvəsi
Dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününün Milli Musiqi Günümüz kimi qeyd edilməsi Azərbaycan xalqı üçün böyük bir irs qoyub gedən dahi bəstəkarın ruhuna sonsuz hörmət və sevginin ifadəsidir. Üzeyir bəy musiqi sahəsində milli kadrların yetişməsi üçün səylə çalışıb. Azərbaycanın bütün görkəmli bəstəkarları böyük pedaqoqdan dərs alıb, o dövrdə peşəkar bir musiqiçi ordusu yetişib. “Kaspi” qəzeti […]
Əli Həsənovun oğlu pulları Dubaya daşıyır
Azərbaycanı tərk edərək ABŞ-a köçən Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Birləşmiş Ərəb Əmirliklərtinin Dubay şəhərində fəaliyyət göstərən tanınmış daşınmaz əmlak şirkətlərindən biri olan “Provident”lə 3 ildir əməkdaşlıq etdiyini yazıb. XəbərAl.az xəbər verir ki, Şamxal Həsənli bu barədə məşhur “Trustpilot” portalında yazıb. Qeyd edək ki, “Trustpilot” portalı məşhur şirkətlərin tanıtım platformasıdır. Bu platformada […]
Qazaxda minik avtomobili “TIR”a çırpılıb, ölən var
Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib. APA xəbər verir ki, hadisə dəmir yolu vağzalının yaxınlığında qeydə alınıb. Hərəkətdə olan minik maşını “TIR”la toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü, rayonun Çaylı kənd sakini, 1981-ci il təvəllüdlü İlham Sadıqov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az