Cəmiyyət

“Nur şəhəri”ndə nadir ağaclar kütləvi şəkildə quruyur – VİDEO

Sharing is caring!

Mingəçevirin Sahil parkı ərazisində ağaclar kütləvi şəkildə quruyur. 

Sakinlər iddia edirlər ki, uşaqlar ağacların qabığını soyurlar. Bəziləri isə məsələni həmin ağaclarda xəstəliyin olması ilə əlaqələndirirlər. 

Ümumilikdə isə yaşıllıqları ilə göz oxşayan Mingəçevirdə 300-ə yaxın Eldar şamı xəstəlik səbəbindən quruyub. Sahil parkına istirahətə gələn sakinlər həmin quru ağacların təhlükəli olduğundan qorxurlar. 

Xəstəliyə yoluxan ağacların park ərazisindən götürülməsi üçün şəhər sakinləri aidiyyəti qurumlara da müraciət ediblər. Bir neçə quru şam ağacı kəsilsə də, işlər yarımçıq qalıb. Ağacların kütləvi quruyaraq məhv olması şəhərin Heydər Əliyev prospekti, Füzuli parkı, eləcə də digər ərazilərdə müşahidə edilir. 

Məsələ ilə bağlı Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsindən bildirilib ki, digər bölgələrdə olduğu kimi, Mingəçevirdə də şam ağacları naməlum xəstəlik səbəbindən kütləvi şəkildə quruyur.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir