Cəmiyyət

Azərbaycanda bir tona yaxın balıq məhsulları məhv edildi

Sharing is caring!

Azərbaycanda bir tona yaxın istehlaka yararsız balıq məhsulları və alkoqolsuz içkilər məhv edilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 960 kiloqram balıq məhsulları və alkoqolsuz içkilər “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Qeyd olunub ki, proses “Fenix Trade” MMC-nin Agentliyə müraciəti əsasında həyata keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir