Cəmiyyət

Ağdamın Şıxbabalı kəndində şəhid məzarları tapılıb?

Sharing is caring!

Ağdam rayonunun işğaldan azad edilmiş Şıxbabalı kəndində üç şəhidin məzarı aşkarlanıb.

Bizim.Media-nın xəbərinə görə, bu barədə kənd sakini, Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib.

Məzarlar tamamilə dağıdılmış qəbiristanlıq ərazisinə baxış keçirildikdən sonra müəyyən edilib:

“Bu gün Ağdam rayonunun Şıxbabalı kənd qəbiristanlığında dəfn edilmiş üç şəhidimizin yeri müəyyənləşdirilib və üzərində şəkildə göründüyü kimi belə bir işarələr qoyulub.

Şəhidlərimiz Müşfiq Rəhimov, Mübariz Əliyev və Habil Əliyevdir. Ruhları şad olsun! Onlar 1992-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olublar və kənd qəbiristanlığında dəfn olunublar”.

Oxu.Az-a açıqlama verən Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov bildirib ki, bu barədə rəsmi məlumat yoxdur:

“Məlumat olduğu təqdirdə ictimaiyyətə ətraflı xəbər veriləcək”.

Qeyd edək ki, Şıxbabalı kəndinin 11 şəhidi və xeyli sayda qazisi var. Kənd 1993-cü ilin iyul ayında işğal edilib. 44 günlük Vətən müharibəsi zamanı 2021-ci ilin noyabr ayında – Ağdam rayonu düşməndən azad olunanda Şıxbabalı kəndi də azadlığına qovuşub.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir