Dünya

Dünya bazarında neftin qiyməti 140 dollara yüksələ bilər

Sharing is caring!

ABŞ səlahiyyətliləri hesab edirlər ki, dünya bazarında bir barel neftin qiyməti 140 dollara yüksələ bilər.

Bu barədə “Reuters” agentliyi ABŞ Maliyyə Nazirliyinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, bu, Vaşinqtonun Rusiya neftinin tavan qiymətinin müəyyən edilməsi təklifinin qəbul edilməməsi, eyni zamanda Rusiya Federasiyasının yalnız qiyməti müəyyən edilmiş maksimumdan yüksək olmamaq şərti ilə öz neftinin sığortası və daşınması üçün müqavilələr bağlaya biləcəyi mexanizmin tətbiqi zamanı baş verə bilər.

Qeyd edilir ki, ABŞ-ın maliyyə naziri Canet Yellen yaponiyalı həmkarı Syuniti Sudzuki ilə çərşənbə axşamı Tokioda keçiriləcək görüşdə Rusiya neftinin tavan qiymətinin tətbiqini müzakirə etmək niyyətindədir. Məqsəd Moskvanın Ukraynada hərbi əməliyyatının maliyyələşdirməsinə mane olmaq, lakin Rusiyanın neft ixracında maraqlı qalması üçün marjinal istehsal xərclərini ödəyəcək səviyyədə qiymət həddi təyin etməkdir.

Eyni zamanda, Yaponiya hakimiyyəti həddən artıq aşağı qiymət həddinin müəyyən edilməsi ehtimalından narahatlığını ifadə edib, lakin potensial 40-60 dollar/barel diapazonunu rədd etməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir