Cəmiyyət

Bakıda çörəyin içərisindən bolt çıxıb, araşdırmalara başlanılıb

Sharing is caring!

Bakıda tanınmış marketlərin birində “Çörəkçi” adı ilə satılan məhsulun içərisindən dəmir parçaları – “bolt-qayka” çıxıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı məlumat mediadan götürülərək araşdırılması üçün AQTA-da aidiyyəti üzrə yönləndirilib.

Qeyd olunub ki, araşdırmalar aparılacaq və araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək:

“Vətəndaşlardan xahiş edirik ki, bu kimi hallarla rastlaşdıqda konkret faktları – məhsulun adı, istehsalçısı, satış obyekti, istehsal tarixi və s. göstərməklə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir