Dünya

Kainatdakı dumanlığın yaranma tarixi məlum oldu

Sharing is caring!

Astronomlar planetin ən parlaq və ən yaxın planet dumanlarından biri olan Cənub Halqavari Dumanlığının əmələ gəlmə tarixini açmaq üçün bu yaxınlarda orbitə buraxılmış Ceyms Uebb teleskopundan istifadə ediblər.

Avstraliyanın Makuori Universitetinin mətbuat xidməti cümə axşamı bildirib ki, səma cismi 2,5 min il əvvəl kütləsi Günəşdən 2,86 dəfə böyük olan nəhəng bir ulduzun öz xarici təbəqəsini üzərindən atması nəticəsində yaranıb.

“Bu ulduz Günəşimizdən təxminən üç dəfə böyük olsa da, lakin eyni zamanda daha gənc idi. Onun cəmi 500 milyon yaşı olub”, – Sidneydəki Universitetin professoru Orsola de Marko  bildirib.

Qeyd edək ki, Cənub Halqavari Dumanlığı (NGC 3132) Yerdən 2,8 min işıq ili uzaqlıqda Yelkən bürcündə yerləşir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir