Cəmiyyət

SOCAR hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

Sharing is caring!

Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı SOCAR dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və kommunikasiya xidməti məlumat yayıb.

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində müəyyən istehsalat sahələrindən işçilərin təxliyəsi həyata keçirilib.

Həmçinin bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir