İdman

“Liverpul” “Arsenal”la “sülh”ə razılaşıb liderlik fürsətini əldən verdi – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində “Liverpul” və “Arsenal” komandaları qarşılaşıb.

“Enfild” stadionunda baş tutan mərkəzi oyunda qalib müəyyənləşməyib – 1:1.

Görüşün əvvəlində, 4-cü dəqiqədə Qabriel “Arsenal”ı önə çıxararaq hesabı açıb – 1:0. 29-cu dəqiqədə Məhəmməd Salah hesabı bərabərləşdirib.

Bu nəticədən sonra “Liverpul” turnir cədvəlində ikinci pilləyə yüksəlib. Komanda 18 görüşdən 39 xal toplayıb. 40 xalı olan “Arsenal” isə birinci yerdə qalıb. Beləliklə, Yurgen Kloppun komandası “topçular”ı ötərək Premyer Liqada ilk yeri tutmaq fürsətini əldən verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir