Cəmiyyət

AZƏRBAYCANIN QOŞULMAMA HƏRƏKATINA TÖHFƏSİ BÖYÜKDÜR

Sharing is caring!

Müstəqil siyasəti ilə tarixi Zəfərinə yol açan Azərbaycan yaşadığı bərpa və quruculuq dövründə yalnız dost ölkələrin yanında olmasını, onların iştirakı ilə nəzərdə tutulan işlərin başa çatdırılmasını istəyir. Bu da təbiidir. Bu baxımdan ki, həqiqət anı kimi dəyərləndirdiyimiz Vətən müharibəsindən sonra da dünyanın supergücləri ikili siyasətlərindən əl çəkə bilmir, fürsət düşdükcə işğalçı Ermənistana dəstək göstərir, yenə də qərəzli yanaşma ilə üz-üz qalan Azərbaycan olur.
“Azərbaycan dövlətinin beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində təşəbbüskarlığı, dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin həyata keçirildiyi iki ilə yaxın dövr ərzində 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi, həmçinin “Qlobal problemə qarşı qlobal birlik, həmrəylik gərəkdir” bildirərək müxtəlif təşəbbüslərlə çıxış etməsi, o cümlədən BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ölkəmizin, Prezident, Ali Baş Komandan İlham Əliyevin nüfuzunun göstəricisidir. Möhtərəm Prezidentimiz qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi”nin narahatlıq doğurduğunu önə çəkərək Azərbaycanın ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınadığını diqqətə çatdırdı və bu rəqəmi açıqladı ki, bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb. Azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur.
Azərbaycanın hər bir məsələyə ədalət meyarından və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindən yanaşması bu dəyərləri maraqlarının arxasında gizlədən dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara nümunə olmalıdır. Məhz bu ədalətsizliyin tüğyan eytməsinin nəticəsidir ki, 50-dən artıq ölkənin və beynəlxalq təşkilatın 100-dən artıq nümayəndəsinin Şuşaya səfərinə ABŞ, Fransa və Rusiya səfirləri qatılmayaraq seyrçi mövqedən yanaşmağa daha çox üstünlük verdilər: “Əvvəlcə razılıqlarını ifadə etdikləri halda, sonra fikirlərini dəyişmələri sual doğurmaya bilməz. Nəzərə alsaq ki, səfir bir dövlətin digər ölkədə elçisidir və missiyası təmsil etdiyi ölkə ilə olduğu ölkə arasında yeni prioritetlər müəyyənləşdirmək, əlaqələrin inkişafına dəstək olmaqdır. Ən əsası ABŞ, Fransa və Rusiya səfirləri ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri olduqlarını yada salıb işğaldan azad edilmiş ərazilərimizə səfər etməyin təşəbbüskarı kimi də çıxış edə bilərdilər. 30 ilə yaxın dövrdə ölkələrinin dəstəyi ilə ərköyünləşən Ermənistanın istər işğal, istərsə də Vətən müharibəsinin getdiyi vaxtlarda və 10 noyabr razılaşmasına uyğun olaraq Azərbaycan ərazilərini boşaldarkən törətdikləri vandalizm aktlarının izlərini görməli idilər.”
Azərbaycana göstərilən önəmli beynəlxalq dəstək. Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyi çox qiymətlidir. Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. Bütün bunlar ölkəmizin beynəlxalq aləmdə nüfuz və hörmətinin yüksəldiyindən xəbər verir. Biz, bu sahədə Prezident İlham Əliyevin səylərini ürəkdən alqışlayırıq.
Ələsgər Mirzəzadə, tarixçi, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir