Dünya

Qəzzadakı həkimlər: “Tibbi ləvazimatlarımız tükənir”

Sharing is caring!


Bir neçə gündən sonra Qəzza zolağında tibbi ləvazimatlar tükənəcək.

Bu barədə anklavın səhiyyə qurumundan  məlumat verilib.

“Adətən bir ayda istifadə etdiyimiz tibb ləvazimatları bu dəfə bir gün ərzində istifadə edib bitiririk. Bir neçə günə ehtiyatımız tükənəcək”, – deyə Qəzza zolağından gələn açıqlamada qeyd olunur.

Məlumat üçün əlavə edək ki, Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağına edilən hücumlar nəticəsində 687 nəfərin öldüyünü, 3 726 nəfərin yaralandığını bildirib.

HƏMAS-ın İsrailə hücumları nəticəsində isə 900-dən çox insan həlak olub, 2,6 mindən çox insan yaralanıb.

Mənbə: “RIA Novosti” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir