Cəmiyyət

Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər – VİDEO

Sharing is caring!




Qarabağ və Şərqi Zəngəzurda məscid və dini abidələrimizə xüsusi diqqət göstərilir. 

Azad olunan ərazilərimizdə 400-dən çox tarixi dini abidələrimiz var ki, onlardan da 67-si məscidlərdir. 

Ermənilər işğal dövründə məscidlərimizə, dini abidələrimizə ziyan vurub, bəzilərini yer üzündən siliblər. Şuşada üç, Füzulidə iki, Cəbrayılda və Qudadlıda bir məscid, Ağdərədə isə bir məbəd tamamilə dağıdılıb. 

Ermənilər tərəfindən alban xristianlıq dövrü abidələrinə dəyən ziyan da az deyil. 

Hazırda dini abidələrə dəyən ziyanları hesablamaqla bərabər onların bərpası da aparılır. Bundan başqa ərazidə yeni məscidlər də tikilir.

Ətraflı İctimai TV-nin süjetini təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir