Araşdırma

Muxtar Babayev yola salınır, onun yerinə meşə monopolisti gətirilir – QALMAQAL

Sharing is caring!

Xəbəral.az – a etibarlı mənbədən verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev yaxın günlərdə tutduğu vəzifədən azad olunacaq onun yerinə isə müavini Vüqar Kərimov gətirilir.

Buna səbəb Muxtar Babayevin adı daha çox qalmaqallarda və korrupsiyada hallanması olub.

Belə ki, Muxtar Babayev nazir postuna gətrilən illər ərzində ekologiya sahəsində irəliləyişlərin olmaması, üstəlik, yeni nazirin öz adamları vasitəsi ilə müəyyən tender oyunlarında adının hallanması ciddi narazılıq yaradıb.

Ekologiya nazirliyindəki idarəçilikdən olan narazılıq qurumda islahatların aparılmasını qaçılmaz edib.

Xəbəral.az xəbər verir ki, Muxtar Babayevin müavini Vüqar Kərimov nazir postuna özünü tam olaraq hazırlayıb. Müəyyən dost məclislərində Vüqar Kərimov onun yaxın günlərdə nazir postuna gətiriləcəyini deyib.

Xatırladaq ki, Vüqar Kərimov ölkədə meşə monopolisti kimi tanınır.

Xəbəral.az qarşı tərəfin mövqe haqqıni tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir