Cəmiyyət

Naxçıvanda qəza: Yaralananlar var

Sharing is caring!




Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib. 

Modern.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Culfa rayonu ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı iki avtomobil toqquşub və nəticədə üç nəfər xəsarət alıb. Xəsarət alan Culfa rayon sakinləri 1968-ci il təvəllüdlü Azadə Fəhralı qızı Məhərrəmova, 1986-cı il təvəllüdlü Könül Mehdi qızı Qafarova və 2002-ci il təvəllüdlü Aysu Vüqar qızı Qafarova Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir