Dünya

Lyuk Frensis Kerol: “Biz neokolonializm məsələsini BMT səviyyəsində qaldırmalıyıq”

Sharing is caring!


“Biz neokolonializm məsələsini BMT səviyyəsində qaldırmalıyıq”.

“Report” xəbər verir ki, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Martinikanın Azadlığı Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol deyib.

Onun sözlərinə görə, Azərbaycan bir çox dövlətin susduğu vaxt hərəkətə keçdi:

“Buna görə Azərbaycana təşəkkür edirəm. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən istifadə etməliyik. Biz işlərimizi davam etdirməli, bu məsələni BMT səviyyəsində qaldırmalıyıq”.

Lyuk Frensis Kerol bildirib ki, gələcək addımların hazırlanmasına ehtiyac var:

“Biz iş planı hazırlamalıyıq. Həmrəy olsaq, daha çox şey bacararıq. Bizim böyük qardaşa, bizə ürəkdən dəstək olan qardaşa ehtiyacımız var”.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir