Cəmiyyət

Elektromobillə dünya turuna çıxan şəxs Baku TV-yə danışdı – VİDEO

Sharing is caring!




İspaniyalı Rafael de Mestrenin “80edays” layihəsi dünya miqyasında bir ekoloji tanıtım turu olaraq avtomobil dünyasına yenidən səs-küy saldı. Bu layihə 2012-ci ildə Rafael de Mestrenin elektrik avtomobili ilə əsl macəraya çevrilmiş dünya səyahətinə çıxdığı zamandan başlayıb.

Özünü Jül Vernin “80 gün dünya ətrafında” əsərinin qəhrəmanı hiss edən Rafael qarşısına iki hədəf qoymuşdu: elektromobillərin praktikliyini nümayiş etdirmək və onların gündəlik istifadəsi ilə bağlı şübhələrə son qoymaq. Nəticədə 28 min kilometrdən çox məsafəni “Tesla Roadster”lə qət edən de Mestre elektrik avtomobillərinin bu qədər uzun səyahətlərə belə hazır olduğunu sübut edərək onlarla müxtəlif ölkələrdən keçib.

Rafael de Mestre müntəzəm olaraq dünya səyahətlərinə çıxmaq niyyətində idi. Lakin qlobal səviyyədə baş verən hadisələr planlarda dəyişikliklərə gətirib çıxardı. COVID-19 pandemiyası 2020-ci il üçün planlaşdırılan ilkin planı pozdu və sonrakı qlobal qeyri-sabitlik layihəni bir az da təxirə saldı.

Nəhayət, qərar alındı ki, 2024-cü ildə yenilənmiş bir marşrutla layihə davam edəcək. Səyahətçi marşrutun Kanada, ABŞ, Çin və Qazaxıstandan keçən hissələrini geridə qoyaraq Azərbaycana gəlib.

O, Baku TV-yə layihəsinin məqsədləri barədə danışıb, elecə də elektrik avtomobillərinin gələcəyi haqqında fikirlərini bölüşüb.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir