Bölgə

Cəlilabadda “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı anım tədbiri keçirilib.

Sharing is caring!

Anım tədbirində Cəlilabad RİH əməkdaşı Varid Əsgərov, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov və idarənin əməkdaşları, Masallı Regional Mədəniyyət idarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, Cəlilabad UGİŞM-nin direktoru Abbas Zülfüqarlı, Cəlilabad Tarix-Diyarşünaslıq muzeyinin direktoru Çimnaz Qasımova və muzeyin əmakdaşları, rayon Kooperativlər cəmiyyətinin sədri İltifat Ağayev, tarixçi- araşdırmaçı Ələsgər Mirzəzadə, Vətən müharibəsi iştirakçısı Simran Əlizadə iştirak edib.

Tədbir iştirakçıları mənfur ermənilərin 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda və digər bölgələrdə törətdikləri vəhşiliklərdən danışmış, minlərlə soydaşlarımızın, uşaq və qadınların qətlə yetirildiyini bildirmişlər. Qeyd etmişlər ki, Azərbaycan torpaqlarını ələ keçirmək üçün xain qonşularımız xalqımıza qarşı dəfələrlə fitnə-fəsad törətmiş və nəticədə 1905-1918, 1988, 1992-ci illərdə Azərbaycan xalqı erməni daşnakları tərəfindən öz doğma torpaqlarından deportasiya edilmişdir.

Natiqlər erməni faşistlərinin əməllərinə siyasi qiymət verilməsində Ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanının xüsusi əhəmiyyət daşıdığını qeyd etmişlər. Vurğulanmışdır ki, xalqımızın başına gətirilən faciələr unudulmamalı, onlar gələcək nəsillərə çatdırılmalıdır.

Tədbir pandemiya qaydalarına uyğun şəraitdə keçirilmişdir.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir