Cəmiyyət

Naxçıvanda evlərin həyətyanı sahələrini və zirzəmiləri su basıb – FOTO/VİDEO

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunublar.

Qüvvələr tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir