İqtisadiyyat

COP29-un baş icraçı direktoru Elnur Soltanov ABŞ-də keçirilən illik enerji konfransında iştirak etdi – FOTO

Sharing is caring!

Azərbaycanın energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov ABŞ-də keçirilən “CERAWeek” illik enerji konfransında iştirak edib.

Bu barədə COP29-un rəsmi “X” hesabında paylaşım edilib.

Elnur Soltanov konfrans iştirakçılarına Azərbaycanın enerji sektorunun dekarbonizasiyası istiqamətindəki gücləndirilmiş səylərindən bəhs edib.

“COP29 enerji keçidinin inkişaf etdirilməsi üzrə COP28-də əldə olunmuş irəliləyişlərə əsaslanaraq qlobal öhdəliklərin həyata keçirilməsi, genişləndirilməsi və miqyasının artırılması səylərinə töhfə verəcək”, – deyə paylaşımda bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir