Hadisə

“Fatoğlu” şirkətinə məxsus un kisəsindən görün nə çıxdı? VİDEO

Sharing is caring!

Un kisəsinin içərisindən heyvan sümüyü çıxdı.

XəbərAl.az xəbər verirki, hadisə Cəlilabadın Şatırlı kəndində baş verib.Belə ki,Sədaqət Həsənova rayon mərkəzindəki mağazalarınbirindən 50 kq-lıq əla növ unkisəsi alıb. Unu evə gətirib istifadə edən zaman isə gördüyü mənzərə qarşısında dəhşətə gəlib.50 kiloqramlıq un kisəsininin içərisində iribuynuzlu heyvanın diz hissəsinə aid sümüyün olduğunu görüb.Qonşusu Elşad Əmənov deyir ki, onuçağıraraqun kisəsinin içindən heyvan sümüyü çıxdığını bildiriblər. Sümüyə baxıldıqda isə, onun iribuynuzlü heyvanın diznahi- yəsinə aid olduğu məlum olub.

Unun istehsalçısı Xızı rayonu Giləzi qəsəbəsində yerləşən “Fatoğlu” şirkətidir.Məsələ ilə bağlı un kisəsinin üzərinə vurulan şirkətin telefon nömrələri ilə əlaqə saxladıq.Özünü şirkətin nümayyəndəsi kimi təqdim edən Rafiq Hüseynov xəzər xəbərə şifahi olaraq bildirdi ki,hadisədən xəbərdardılar.Ancaq dəyirmandan sümüyün keçməsi qeyri-mümkündür.Şirkət nümayyəndəsi bunun böhtan olduğunu bildirdi.

Qida ekspertləri isə bildirir ki,həmin unun istehsal edildiyi müəsissədə ani bir məsuliyyətsizlik bu cür hadisənin yaşanmasına səbəb ola bilər.

Qeyd edək ki,Məsələyə Qida Təhlükəsizliyi Agentliyindən də münasibət bildirilib. Qeyd edilib ki, un kisəsindən heyvan sümüyünün çıxması ilə bağlı artıq araşdırmalara başlanılıb. Araşdırmalar başa çatandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir