Cəmiyyət

Azad olunmuş ərazilərdə təmir-tikinti zamanı aşkarlanan meyit qalıqlarının sayı açıqlandı

Sharing is caring!

İşğaldan azad edilmiş ərazilərdə təmir-tikinti zamanı tək-tək tapılan insan qalıqlarının sayı açıqlanıb. 

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair keçirilən brifinqdə danışıb. 

Onun sözlərinə görə, 2022-ci ildə 32 nəfərin meyitinin qalığı tapılıb:

“2023-cü ildə 60 nəfər, 2024-cü ildə isə bu rəqəm dörd olub”. 

O əlavə edib ki, insan sümükləri əsasən Şuşa, Kəlbəcər, Ağdam, Laçın ərazilərində tapılıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir