Cəmiyyət

Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var – FOTO

Sharing is caring!


Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Əzimli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Hyundai” markalı minik maşını “Mitsubishi” markalı maşınla toqquşub.

Hadisə nəticəsində Bakı sakini 18 yaşlı Cavidan Faiq oğlu İsgəndərli və rayonun Şıxımlı kənd sakinləri – 76 yaşlı Məhəmməd Əliəhməd oğlu Məmmədov, 42 yaşlı Aqil Məhəmməd oğlu Məmmədov və 48 yaşlı Ramilə Ağababa qızı Eyyubova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir