İdman

Atletimiz zədəyə görə dünya çempionatından imtina edib

Sharing is caring!


Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov (67 kiloqram) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında mübarizəni erkən başa vurub.

Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, körpücük üzərinə çıxan idmançı dizindəki zədə səbəbindən (128 kiloqram) yarışdan imtina etmək qərarına gəlib.

Qeyd edək ki, mundial Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Sentyabrın 17-dək davam edəcək yarışda 894 atlet (469 kişi və 425 qadın) iştirak edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir