Cəmiyyət

Elçin Elxanlı: “İnsanları təkcə Ramazan ayında yox, digər aylarda da xoş əməllərə dəvət edirik”

Sharing is caring!

“İnsanları təkcə Ramazan ayında yox, ümumiyyətlə ilin bütün aylarında, günlərində sevgiyə, gözəlliyə və xoş əməllərə dəvət edirik”.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Aydınlığa Doğru” İctimai Birliyin Ramazan ayına həsr olunan sosial çarxların təqdimatı zamanı rejissor Elçin Elxanlı deyib.

O bildirib ki, çarxda həmçinin sosial problemlərə də toxunulub:

“İki çarxımız var. Biri “Mərhəmət”, digəri “Oxu” adlanır. Çarxlarda sosial problemlərə də toxunulub. Ümid edirik ki, toxunduğumuz məsələlər aidiyyəti yerlərə də çatacaq. Biz həmçinin lentə aldığımız problemlərin həlli yolunu da göstərmişik. Çarx üç dəqiqədən ibarətdir. Qısa zaman ərzində böyük mesajlar çatdırmaq asan deyil. Çalışmışıq ki, bu işin öhdəsindən layiqincə gələk”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir