Cəmiyyət

Bakıdan Budapeştə uçan təyyarə texniki səbəblərdən gecikir

Sharing is caring!

Bakıdan Budapeştə uçuş həyata keçirən “WizzAir” aviaşirkətinin “Airbus A321” təyyarəsi texniki səbəblərdən gecikir.

Qeyd olunur ki, Budapeştdən gələn təyyarəyə baxış zamanı mühərriklərdən birinə quşun daxil olması aşkar edilib.

Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə reys təxirə salınıb.

Reys barədə əlavə məlumat əldə etmək üçün sərnişinlər aviadaşıyıcıya müraciət edə bilərlər.

Mənbə: Airport.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir