Bölgə

CƏLİLABAD ŞƏHƏRİNİN KÜÇƏLƏRİ ABADLAŞDIRILIR

Sharing is caring!

Cəlilabad rayonunda aparılan abadılıq-quruculuq işləri sırasında küçələrin asfaltlanması da diqqətdədir. Həmin ərazilərdə yaşayan şəhid və qazi ailələri və digər sakinlər Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Mansur Məmmədova və əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildirirlər.
Cəlilabad şəhər inzibati ərazi dairəsinin nümayəndəsi Mirməhəmməd Kazımov bizimlə söhbət zamanı bildirdi ki, şəhərin bir neçə küçəsinə də asfalt örtüyünün çəkilməsi nəzərdə tutulub. Sakinlərimizin rahatlığı üçün rayon ərazisindəki parklarda biz bu gün də abadlıq işlərini davam etdiririk.
Respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, şəhərdaxili və ucqar kəndlərə yeni yolların çəkilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin imzaladığı çoxsaylı sərəncamlar Cəlilabad rayonunda da uğurla icra olunur. Yol infrastrukturunun yenidən qurulması, vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Cəlilabad şəhəri ərazisində nəzərdə tutulmuş küçələrə asfalt örtüyünün vurulması davam etdirilir. Hazırda Akademik Zərifə Əliyeva küçəsində asfaltlaşdırma işi aparılır. Belə ki, akademik Zərifə Əliyeva küçəsi, Heydər Əliyev prospektindən Cəlilabad şəhər Zərifə Əlieva adlna 7 nömrəli tam orta məktəbə qədər olan Qarabağ küçəsi və Heydər Əliyev prospekti ilə Zərifə Əliyeva küçəsini birləşdirən kűçəyə ümumi uzunluğu 2500 metr olan 10-12 santimetr qalınlığında iki təbəqədən kűçəyə asfalt örtüyű salınır. Adıçəkilən küçələrə ümumilikdə 2 qat olmaqla, 20000 kv metr asfalt vurulacaq. Z.Əliyeva kűçəsində həmçinin eni 15, uzunluğu 600 metr olan və Zərifə xanımın adını daşıyan yeni park salınır. Burada işıqlandırma dirəklərinin, uşaq oyunları attraksionlarının quraşdırılması, piyada səkilərinin və sakinlərin dincəlmələri űçűn meydançaların dűzəldilməsi, skamyaların qoyulması işlərinə başlanılacaqdır.
Rayon icra hakimiyyəti və şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən cari ildə şəhərin digər küçələrində də ümumi uzunluğu 4500 metr olan (27000 kv metr) yolun asfaltlaşdırma, tikinti-təmir və abadlıq işlərinin görülməsi nəzərdə tutulmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir