Dünya

ABŞ husilərə görə İranla gizli danışıqlar aparıb

Sharing is caring!

Birləşmiş Ştatlar Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının Qırmızı dənizdəki fəaliyyətini dayandırmaq məqsədilə İranla gizli danışıqlar aparıb.

“Financial Times” nəşri bu barədə adlarını açıqlamadığı ABŞ və İran rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar yanvar ayında Omanda baş tutub.

Eyni zamanda bildirilib ki, ABŞ və İran nümayəndələri birbaşa əlaqə saxlamayıblar, danışıqlar prosesində vasitəçi tərəf Oman rəsmiləri olublar.

Lakin danışıqların nəticələri barədə heç bir məlumat verilməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir