Cəmiyyət

Qaxda qar örtüyünün hündürlüyü 22 santimetrə çatıb – FAKTİKİ HAVA

Sharing is caring!


Ölkə ərazisində faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, martın 9-da saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Qaxda 22 sm, Şərur və Şahdağda 2 sm olub.

Düşən yağıntının miqdarı Qaxda 20 mm, Oğuzda 9 mm, Qəbələ, Şəki, Zaqatala, Yardımlı, Qobustan, Şamaxı, Balakən, Qrız, Daşkəsən, Gəncə, İsmayıllı, Quba, Qusar, Şəmkir, Şabran, Tərtər, Lənkəran, Astara, Neftçala, Biləsuvarda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Tərtər, Yevlax, Bərdə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qəbələ, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyinin sürəti martın 8-də Mingəçevirdə, Bakıda və Abşeron yarımadasında arabir 20 m/s-dək güclənib.

“Neft Daşları” stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-də 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir