Dünya

Türkiyədə mənzil kirayəsinin orta qiymətində artım qeydə alınıb

Sharing is caring!


İstanbulda mənzil kirayəsinin orta qiyməti 17 min lirəni (55 min rubl) ötüb.

Bu barədə Türkiyənin İstanbul şəhərinin Ticarət Palatasının məlumatlarında qeyd olunub.

“Oktyabrın sonunda İstanbulda mənzil kirayəsinin orta qiyməti 17 min 111 lirə (təxminən 1023 manat – red.), orta alış qiyməti isə 4 milyon 224 min lirə (təxminən 252,6 min dollar – red.) olub”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, İstanbuldan kənarda kirayə mənzilin qiyməti orta hesabla 400 dollar (680 manat) olub.

“İstanbulda daşınmaz əmlak böhranı pisləşir, Türkiyənin meqapolislərində yaşamaq getdikcə çətinləşir”, – deyə Ticarət Palatasının rəsmisi etiraf edib.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir