Cəmiyyət

Şirvanda qəza: Ölən var

Sharing is caring!


Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb.

Belə ki, sürücü avtomobili arxaya sürərkən Şirvan şəhər sakini Fərid Asif oğlu Həzrətquliyevi yaxınlıqdakı divara sıxaraq öldürüb.

Həyatını itirən F.Həzrətquliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan yanğından mühafizə hissəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir