İdman

Modriç dünya çempionatlarının rekorduna imza atdı

Sharing is caring!

Luka Modriç 2022-ci il dünya çempionatında Xorvatiyanın 7 matçının hamısında iştirak edib.

37 yaşlı yarımmüdafiəçi Mərakeşlə üçüncü yer uğrunda görüşdə ilk dəqiqələrdən meydanda olub.

Əvvəllər yalnız qapıçılar Peter Şilton (1990) və Dino Dzoff (1982) yaşları 37-dən  yuxarı ikən dünya çempionatlarında eyni turnirdə yeddi oyuna çıxıblar.

Beləliklə, “Real Madrid”in yarımmüdafiəçisi 37 və daha yuxarı yaş kateqoriyasında turnirin bütün oyunlarında iştirak edən ilk sahə oyunçusu olub.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir