Cəmiyyət

“Naxçıvan” Universitetinin fəaliyyətinin dayandırılması mərhələli şəkildə həyata keçiriləcək

Sharing is caring!


“Naxçıvan” Universitetinin fəaliyyətinin dayandırılması mərhələli şəkildə həyata keçiriləcək.

Oxu.Az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının (MR) təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, elm və təhsil naziri Emin Əmrullayev universitetin fəaliyyətinin dayandırması ilə bağlı keçirdiyi brifinqdə müəyyən məlumat verib:

“Naxçıvandakı ali təhsil müəssisələri MR-in Təhsil Nazirliyinin tabeliyində olan müəssisələr kimi fəaliyyət göstərmir. Həmin təhsil ocaqları birbaşa Elm və Təhsil Nazirliyinə tabedir. Adıçəkilən özəl universitetin bağlanması ilə bağlı məlumatlar müvafiq mərhələlərlə ictimailəşdiriləcək”.

E.Nəcəfov ölkədə müəyyən özəl ali təhsil müəssisələrinin bağlanması və tələbələrin digər aidiyyəti yerlərə köçürülməsi təcrübəsinin olduğunu da diqqətə çatdırıb:

“Böyük ehtimal həmin təcrübələr burada da tətbiq ediləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir